İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 132962 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 2: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: beginner)

To be felinin sual formaları

Dərsin videosu:

Keçən dərsdən öyrəndik ki, to be felinin 3 forması mövcuddur -- am/is/are.  Bu fellə sual cümləsini üzəltmək üçün am/is/are felləri cümlənin əvvəlinə keçir. Aşağıdakı misallarda aydınlaşdıraq:

 

I am late. -- Am I late?

Your mother is at home. -- Is your mother at home?

Your parents are at home. -- Are your parents at home?

 

Yuxarıdakı misallardan da göründüyü kimi am/is/are feli cümlənin əvvəlinə keçir və cümlənin mübtədası ondan sonra gəlir. Digər cümlə üzvləri isə mübtədadan sonra gəlir. Mübtəda ilə birbaşa əlaqəsi olan təyin və tamamlıq mübtədadan əvvəl gələ bilər:

 

The red book is on the table. -- Is the red book on the table.

 

Where ... ? / What ... ? / Who ... ? / How ... ? / Why ... ? və s. sual əvəzlikləri işlənən sual cümlələrində ilk olaraq müvafiq sual əvəzliyi gəlir, daha sonra sual cümləsi yuxarıda yazılan qaydada davam edir. Sual əvəzliynin yönəldiyi cümlə üzvü sual cümləsində istifadə olunmur.

 

His mother is at home. -- Where is your mother? (Where is your mother at home? -- yox )

 

Bəzi hallarda sual əvəzliyi istifadə etmək üçün ondan sonra başqa bir sözün gəlməsi tələb olunur. Belə olan halda sual əvəzliyi, lazım olan söz və daha sonra adi söz sırası vasitəsilə sual cümləsi qurulur.

 

Their car is brown. -- What colour is their car?

 

What is adətən qısaldılaraq What's; Who is -- Who's; How is -- How's; Where is -- Where's şəklində işlənir. Əlbəttə ki, digər qısaltmalar da istisna olunmur, sadəcə daha çox yuxarıda göstərilən qısaltmalardan istifadə olunur.

 

What's the time ?

Who's that man?

Where's Jill?

How's your father?

 

Am/is/are ilə verilən suallara sadəcə olaraq YES və ya NO ilə cavab vermək olmaz. Düzgün qısa cavab üçün aşağıdakı cədvəldəki formalardan istifadə etmək olar:

 

Tək - Singular
Cəm - Plural
Təsdiq - Positive
İnkar - Negative
Təsdiq - Positive
İnkar - Negative
Yes, I am.
No, I am not.
Yes, we are.
No, we are not.
Yes, you are.
No, you are not.
Yes, you are.
No, you are not
Yes, he/she/it is.
No, he/she/it is not.
Yes, they are.
No, they are not.

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 641 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı