İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142532 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 8: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

İndiki və keçmiş zaman

Untitled Document

Davamedici və sadə zaman:

Əgər bir hərəkətə bitmiş bir hadisə kimi yanaşmayıb onun özünü xüsusən qeyd ediriksə və bu hərəkət daha əvvəl başlayıb qeyd olunan vaxta kimi davam edirsə, bu zaman davamedici zamandan istifadə olunur:

Janet can't come to the phone. She's washing her hair.
As you're not using your car at the moment, can I borrow it?
This time yesterday I was flying over the Pacific.
Was she wearing that red dress when you saw her!

İndiki zamandan isə ümumi hadisə, vəziyyətlərdən danışmaq üçün istifadə edirik. Bu cür hadisə, vəziyyətlər daim eynidi:

When I worked as a postman I got up at 3 o'clock every morning.
Miguel doesn't play golf very well.
These birds build their nests on the ground.
The earthquake struck the area at midday yesterday. (keçmiş zaman tamamlanmış hadisələr üçün)

Sadə zamanlar dəyişməz hadisə, vəziyyətlərlə istifadə olunur, onlar eyni qalırlar:

She intends to work hard at school and go on to university.
Did you understand the instructions we were given?

Davamedici zamanı isə eyni fellərlə lakin dəyişkən vəziyyət, hallar üçün istifadə edə bilərik:

She was intending to talk to Tony about the idea, but she didn't get the opportunity.
I'm understanding physics much better now that Mr Davies is teaching us.


Bitmiş zaman:

Bitmiş zamanı hər hansı bir hadisəyə baş verəndən sonra olan baxışı təsvir edir. İndiki bitmiş zaman keçmiş zamanla indiki zaman arasında əlaqə yaradır. Qeyd edək ki, həmin hadisə və ya vəziyyətin danışdığımız zamana kimi davam etməsi mütləq deyil, sadəcə indiki zamanla əlaqəsi olmalıdır.

I've finished the new Harry Potter book now, so you can borrow my copy if you like.
Have you turned the gas oil? I don't like it to be on when I'm not at home.
Your nose is bleeding. Has somebody hit you?

Keçmiş bitmiş zaman isə iki -- biri digərindən daha əvvəl baş vermiş hadisələr arasında əlaqə qurmaq üçün istifadə olunur:

I invited him out to dinner, but he said he had already eaten.
By the time I picked up the phone, they had rung off.


Bitmişlə davamedici zamanın birləşməsi:

İndiki bitmiş davamedici zamanda bitmiş forma ilə davamedici forma danışıq zamanından əvvəl davam etmiş hadisəni bildirmək üçün birləşir:

I have been following the discussions with great interest.

İndiki bitmiş davamedici zamandan həmçinin təzəcə bitmiş amma nəticəsi görülə, eşidilə bilən hadisələrlə də işlədə bilərik:


Look at the dirt on your clothes. Have you been digging in the garden again?

Keçmiş bitmiş davamedici zamanın oxşar mənası var, sadəcə hadisələr indi ilə deyil keçmişlə əlaqədardır:

When we met Simon and Pat, they had been riding.
It had been snowing heavily for hours and when I went to the door I couldn't open it.


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı