İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 132678 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 25: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Məchul növ fel ilə məruzə etmək

Untitled Document

Məruzə zamanı məchul növ feldən o zaman istifadə edirik ki, həmin fikrin kim tərəfindən deyilməsi mühüm olmur:

  • People in the area have been told that they should stay indoors.
  • Everyone was asked to bring some food to the party.


Məchul növ feldən istifadə edərək fikri məruzə etməyin digər ümumi yolu it məchul fel that formasından istifadə etməkdir. Bu formada vacib məlumat cümlənin sonunda olur:

  • It is reported that the damage is extensive. (müqayisə edin: The damage is extensive, according to government sources.)
  • It has been acknowledged that underfunding contributed to the problem.
  • It can be seen that prices rose sharply in September.

Bu formada işlənə bilən digər fellər: agree, allege, announce, assume, believe, calculate, claim, consider, decide, demonstrate, discover, establish, estimate, expect, feel, find, hope, intend, know, mention, plan, propose, recommend, reveal, say, show, suggest, suppose, think, understand.

Qeyd: Bəzi fellər var ki, onlar bu formada işlənə bilməz: encourage, inform, persuade, reassure, remind, tell, warn. Lakin onlar 1-ci göstərilən formada məruzə etmək üçün işlənə bilərlər:

  • We have been informed that we have to leave the building. (It has been informed us... -- yox)

    Bu fellərdən əvvəl mütləq şəxs əvəzliyi gəlməlidir.


It məchul fel that formasına alternativ mübtəda məchul fel məsdər formasıdır. Müqayisə edək:

  • It is reported that the damage is extensive.
  • The damage is reported to be extensive.
  • It has been acknowledged that underfunding contributed to the problem.
  • Underfunding has been acknowledged to have contributed to the problem.

It məchul fel that formasında işlənə bilən fellərin əksəriyyəti bu formada da işlənə bilər, amma bəzi istisnalar var: announce, decide, mention, propose, recommend, suggest. Bu fellər işlənə bilmir.

Tell felini isə bu forma ilə yalnız 'order' mənası verdikdə işlətmək olar:

  • I was told (= ordered) to go with them to the railway station. ('The accident was told (= said) to have happened just after midnight'. -- yox)


Establish, explain, find, know, reveal, show, understand
felləri həmçinin it məchul fel when, who və s.wh ilə başlayan sözlər formasında işlənə bilər:

  • It has now been revealed who was responsible for the accident.
  • The decision to build the bridge was taken before it was established whether it was actually needed.


That sözündən sonra there ilə başlayan cümlə gəlirs onda həmin cümləyə uyğun başqa formalı (there məchul fel to be/to have been) cümlə düzəltmək olar. Müqayisə edin:

  • It is thought (that) there are too many obstacles to peace.
  • There are thought to be too many obstacles to peace.
  • In 1981 it was believed (that) there were only two experts on the disease in the country.
  • In 1981 there were believed to be only two experts on the disease in the country.

Mübtəda məchul fel məsdər formasında olan felləri bu formada da işlədə bilərik.

 

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 641 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı