İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 129661 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 18: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Must və have (got) to

Untitled Document

Mustmust not modal fellərindən rəsmi qaydalarda, nizamnamələrdə və xəbərdarlıqlarda istifadə olunur:

Bookings must be made at least seven days before departure.
The government must not be allowed to appoint judges.

Danışıq dilində dəqiqliklə planlaşdırmadan gələcək tədbiri (görüş və ya sosial hadisə kimi) təklif etmək üçün must və mustn't modal fellərindən istifadə olunur:

We must get together more often.
We mustn't leave it so long next time.

Must modal felindən həmçinin özümüzə nəyisə etməyi xatırlatmaq üçün istifadə edə bilərik:
I must phone Steve when I get home. I said I'd call him last night, but I forgot.


Aşağıdakıla haqqında nəticə çıxarmaq üçün must modal feli ilə olan bir sıra ifadələrdən istifadə olunur:

* Keçmişdə baş vermiş hadisə haqqında -- must have fel (keçmiş bitmiş formada):

That's not Kate's car. She must have borrowed it from her parents.

* Danışığın baş verdiyi zamanda və ya ona çox yaxın bir vaxtda olan hadisə haqqında -- must be fel ing:

I can't hear anyone moving around upstairs. You must be imagining things.

* Gələcəkdə baş verməsi gözlənilən hadisə haqqında -- must be going to və ya must be fel ing:

'What are all those workmen doing?' 'I think they must be going to dig up the road.'
I was wrong about the meeting being today. It must be happening next Friday.

* Hal-hazırda olan vəziyyət haqqında -- must be və ya have (got) to be (qeyri-rəsmi danışıqda):

Their goalkeeper has got to be at least two metres tall. (və ya ...must be...)


İndiki vəziyyətə əsaslanan nəsə haqqında nəticə çıxarmaq üçün must have to və keçmiş vəziyyətə əsaslanan nəsə haqqında nəticə çıxarmaq üçün isə must have had to ifadələrindən istifadə olunur:


I can't start the computer. You must have to know a password. (= a password is necessary)
John wasn't at home when I went round. He must have had to go out unexpectedly.

Qeyd: 'must've to' və ya 'must have got to/ must've got to' formalarından istifadə etmək olmaz (must've had to forması isə mümkündür).


Cavabının mənfi olacağı gözlənilən suallarda əsasən have (got) to ifadəsindən istifadə olunur (rəsmi mətnlərdə bu halda bəzən must modal felidən istifadəyə də rast gəlinir):

Do we have to answer all the questions? (və ya Have we got to...?; Must we...? ifadəsi də mümkündür, lakin daha rəsmidir)

Have (got) to ifadəsindən sual cümlələrində həmçinin tənqidi yanaşmanı bildirmək üçün də istifadı olunur. Must modal felindən də bu halda istifadə etmək mümkündür, lakin bu zaman cümlə daha çox rəsmi anlam daşıyır:

Do you have to play your trumpet here? It's deafening me! (və ya daha rəsmi Must you play...?)


Bəzən istər have to istər də have (got) to modal fellərindən hər hansı birini eyni anlamda və eyni cümlədə işlətmək olar. Lakin adətən onların aşağıdakı kimi işlənmə fərqləri var:

* Təkrarlanma bildirən zərflərlə (always, never, normally, rarely, sometimes və s. kimi) have to modal feli işlənir:

I often have to work at the weekend to get everything done.

* Keçmiş zamanda biz had to modal felindən istfadə edirik, xüsusən də sual və nkar cümlələrində:

When did you have to give it back? (When had you got to give it back? -- yox)
We didn't have to wait too long for an answer. (We hadn't got to wait too long... -- yox)

* Əgər have qısaldılmış formadadısa ( I've, He's, It's və s. kimi) o zaman mütləq have got to şəklində işlənməlidir:

The experiment has failed twice before, so it's got to work this time. (...so it's to work this time. -- yox)

* Have got to ifadəsini digər modal fellərlə işlərmək olmaz:

Employees will have to accept the new conditions or be dismissed. (Employees will have got to accept... -- yox)

Qeyd 2: Nəzərə alın ki, have got to modal felindən əsasən qeyri-rəsmi danışıqda istifadə olunur.

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 633 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı