İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 130538 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 16: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Will, Would, Used to -- modal felləri

Untitled Document

Will (indiki zamanı ifadə edir) və ya would (keçmiş zamanı ifadə edir) sözlərindən istifadə olunur:

* Xarakterik davranış qaydasından və ya adət olunan hərəkətlər haqqında danışmaq üçün:

Every day Dan will come home from work and turn on the TV.
At school she would always sit quietly and pay attention.

* Daima doğru olan hadisələr haqqında danışmaq üçün:

Cold weather will kill certain plants.
During the war, people would eat all kinds of things that we don't eat now.


Xüsusi bir hal haqqında danışmaq üçün will və ya would modal sözlərindən istifadə olunmur. Müqayisə edək:

Each time I gave him a problem he would solve it for me.
Last night I gave him a problem and he solved it for me. (Last night I gave him a problem and he would solve it for me. -- yox)


Lakin inkar formasında -- will not (won't)would not (wouldn't) modal fellərindən yuxarıda göstərilən bütün hallarda istiadə oluna bilər:

He would / wouldn't walk the 5 miles to his place of work. (xarakterik davranış)
She wouldn't say what was wrong when I asked her. (...would say... -- yox; xüsusi bir hal)


Danışıq zamanı bir kəsin xarakterik davranışını və ya adət etdiyi hərəkəti tənqid etmək üçün will və ya would modal felini xüsusi vurğu ilə deyə bilərik. Bu adətən həmin tənqidin daha əvvəl də edildiyi, lakin nəticəsiz qaldığı hallarda edilir:

She just won't do the washing up when I ask her.
I was happy when Sam left. He would talk about people behind their backs.

İnsanları hərəkətlərinə görə birbaşa tənqid etmək və ya o hərəkəti təqdir etmədiyinizi bildirmək üçün will modal felini xüsusi vurğulamaqla bunu bildirmək olar:

'I feel sick.' 'Well, if you will eat so much, I'm not surprised.' (təqdir etməməyi bildirir)


Hal hazırda faktiki olaraq olan bir şey haqqında çıxardığın nəticəni və ya gümanı bildirmək üçün də will modal felindən istifadə etmək olar:

Jack will be at home by now. Let's go and see him.
You will know that John and Sandra are engaged. (= I believe you already know)


Keçmişdə təkrar-təkrar baş vermiş hadisələri bildirmək üçün həm would həm də used to məsdər modal fellərindən istifadə etmək olar. Would modal felindən adətən vaxta müəyyən işarə olduğu hallarda istifadə olunur:

We used to play in the garden. (We would play... -- yox; vaxta işarə verilməyib)
Whenever we went to my uncle's house, we would / used to play in the garden.

Keçmişdə mövcud olmuş, lakin dəyişmiş vəziyyət haqqında danışarkən would yox used to modal felindən istifadə olunur:

The factory used to be over there.
Didn't you use to smoke at university?

Hadisənin dəqiq neçə dəfə baş verməsini, nə qədər müddətə davam etməsini, və ya bir hadisənin verilmiş keçmiş vaxtda baş verdiyini bildirmək üçün nə would nə də used to modal fellərindən istifadə olunmur:

We visited Switzerland four times during the 1970s. (We would / used to visit... -- yox)
She went to Jamaica last month. (She would / used to go to Jamaica last month. -- yox)


Qeyri-real, təxəyyüldə olan və ya keçmişdə baş verməli olmuş, lakin baş verməmiş hadisələr haqqında danışmaq üçün would have fel (keçmiş bitmiş formada) söz birləşməsindən istifadə olunur:

I would have been happy to see him, but I didn't have time.
My grandmother wouldn't have approved of the exhibition.

Lakin keçmişdə olmuş və baş vermiş bir vəziyyəti ifadə etmək üçün will have fel (keçmiş bitmiş formada) söz birləşməsindən istifadə olunur:

As you will have noticed, he's got new glasses. (rather than ...would have noticed...)
Most people won't have seen last night's lunar eclipse. (rather than ...wouldn't have seen...)


 

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 635 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı