İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 129661 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 13: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Gələcək zamanı ifadə etmək üçün digər üsullar

Untitled Document

Bəzi ifadələr gələcəkdə baş vermiş hadisələri to be about to məsdər ing ifadəsinə uyğun mənalarla izah edir. Hər hansı hadisənin tezliklə baş verəcəyini ifadə etmək üçün be on the verge of.../ brink of.../ point of... ( -ing və ya isim):

People are on the verge of starvation as the drought continues.
Scientist are on the brink of making major advances in the fight against AIDS.
I looked for my car everywhere in the car park but couldn't find it. I was on the point of phoning the police, when I remembered that I'd walked to work that morning.

Be on the brink of adətən vacib, həyacanlandırıcı və ya çox pis hadisəni ifadə etmək üçün istifadə olunur.

Be due to məsdər ifadəsindən baş verməsi gözlənilən hadisəni bildirmək üçün, be sure/bound to məsdər ifadəsindən dəqiq baş verəcək hadisəni bildirmək üçün, be set to məsdər ifadəsindən baş verməyə hazır olan hadisəni bildirmək üçün istifadə olunur:

The company's chief executive is due to retire next year, but following today's announcement of further losses she is sure to be asked to leave sooner.
'Will there be somewhere to get a coffee at the station?' 'Oh, yes, there's bound to be.'
Her new film is set to be a great success.

Qeyd: Due to isim ifadəsi nəyəsə səbəb göstərmək üçün istifadə olunur, gələcək haqqında danışmaq üçün yox.

Due to illness, Pavarotti is unable to perform tonight.

Qeyd 2: Yuxarıda göstərilən ifadələri keçmiş zamandan işlədərək keçmişdən görünən gələcəyi ifadə edə bilərik.

It was his 64th birthday in 1987 and he was due to retire the following year.


Cümlələrdə gələcək niyyətimizi bildirmək üçün fel məsdərlərdən də istifadə etmək olar:

Do you mean to work any harder in your second year at college?
We guarantee to refund your money if you are dissatisfied with the computer.

Digər bu cür fellərə aiddir: agree, aim, expect, hope, intend, plan, promise, propose, resolve, undertake, and want. Bu fellər həm indiki zamanda həm də indiki davamedici zamanda istifadə oluna bilər:

I'm aiming to get to Bangkok by the end of June. (və ya I aim to get...)

Bəzi insanlar əsasən danışıqda və bəzi dövri mətbuatda be looking məsdər ifadəsindən hadisəni planlaşdırmaq üçün istifadə edirlər:

We're looking to create 3,000 jobs in the city over the next year.

Bu fellər də keçmişdə işləndikdə keçmişdən gələcəyə münasibəti ifadə edirlər:

Jack had resolved to become fluent in Spanish before his 30th birthday.
She was expecting to inherit her father's fortune when he died.
The new management had been looking to create 20 new jobs.


Bəzən I və we əvəzlikləri ilə will (and won't)-un əvəzində shall (shan't)-dan istifadə olunur:

He was a good friend and we shall miss him greatly. (və ya ...we'll miss...)
I definitely intend to visit Canada, but I shan't go for the next five years. (və ya ...I won't...)

Hal hazırda ingilis dilində shall/shan't-dan digər şəxslərlə istifadə olunmur, lakin köhnə ədəbiyyatda bu cür hallara da rast gəlmək olardı:

The match referee shall be the sole judge of fair play.
All people of the world shall live together as brothers.


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 633 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı