İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 132688 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 10: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

İndiki davamedici və İndiki zaman gələcəyi ifadə etmək üçün

Untitled Document

İndiki zaman:

Əvvəlcədən planlaşdırılmış hadisələr haqqında danışmaq üçün həm gələcək zamandan, həm də indiki zamandan istifadə etmək mümkündür. Lakin stabil, dəişməz hadisələr haqda danışanda indiki zamana daha böyük üstünlük verilir:

Does the sale finish on Thursday or Friday? (or Will the sale finish... ?)
The sun rises at 5.16 tomorrow. (more likely than The sun will rise...)

Qeyri-rəsmi, qeyri-formal planlar haqda danışanda indiki zamandan istifadə olunmur, onun əvəzinə will, be going to və ya indiki davamedici zamandan istifadə olunur:

Are you just staying in to watch TV tonight, or are you coming dancing? (Do you just stay to watch TV' tonight, in' do you come... -- yox)
If it's only a problem in Britain now, but it will affect the rest of Europe soon. (...but it affects the rest of Europe soon. -- yox)

Aşağıdakı hallarda gələcək haqda danışarkən will-dən yox, indiki zamandan istifadə olunur:

* After, as soon as, before, by the time, when, while, until kimi bağlayıcıları olan zaman budaq cümlələrində:

When you see Dave, tell him he still owes me some money, (When you will see Dave... -- yox)
I should be finished by the time you get back. (...by the time you will get back. -- yox)

* If, in case, provided, unless kimi bağlayıcıları olan şərt budaq cümlələrində:

Provided the right software is available, I should be able to solve the problem.
I'll bring some sandwiches in case we don't find anywhere decent to eat.

* Gələcəkdə mümkün ola bilən hadisələr haqqında danışanda və cümlənin əvvəlində suppose, supposing, what if bağlayıcıları gəldikdə. Burada keçmiş zaman da işlənsə oxşar məna verir:

Suppose we miss the bus - how will we get home? (və ya Suppose we missed...)
What if the train's late? Where shall I meet you then? (or What if the train was late?)

 

İndiki davamedici zaman:

Planlaşdırılmış gələcək hadisələri haqqında danışmaq üçün həm indiki davamedici zamandan həm də be going to-dan çox oxşar mənalarla istifadə edə bilərik. Bu cür hallarda indiki davamedici zamandan istifadə göstərir ki, nəyisə etmək üçün bizim dəqiq qərarımız var, amma ola bilər ki, bu qərarı həyata keçirmək üçün hələ bir addım atılmayıb:

Are you seeing the doctor again next week? (və ya Are you going to see...?)
I'm not asking Tom to the party. (və ya I'm not going to ask...)

Gələcək zamanı ifadə etmək üçün indiki davamedici zamandan aşağıdakı hallarda istifadə oluna bilməz:

* Üzərində nəzarətimiz olmayan hadisələr haqqında danışada:

I think it's going to rain soon. (...it's raining soon. -- yox)
Scientists say that the satellite won't cause any damage when it falls to Earth some time this afternoon. (...the satellite is not causing... -- yox)

* Daimi olan gələcək hadisələr haqqında danışarkən:

People are going to live / will live longer in the future.
This new house is going to have / will have three floors.


Əksər hallarda begoing to go/come birləşmələrini istifadə etməkdən çəkinilir:

I'm going to town on Sarurday. (rather than I'm going to go to town...)
Are you coming home for lunch? (rather than Are you going to come...?)


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 641 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı